"Qırmızı şəfəq" əməliyyatı

"Qırmızı şəfəq" əməliyyatı
Tarix 13 dekabr 2003, 12 dekabr 2003
Yeri

"Qırmızı şəfəq" əməliyyatı (ing. Operation Red Dawn) — 2003-cü il dekabrın 13-də İraqın qaçmış prezidenti Səddam Hüseynin tapılıb ələ keçirilməsi məqsədilə ABŞ SQ-nin nizami bölmələrinin köməyi ilə Amerika Xüsusi Əməliyyat Qüvvələri tərəfindən həyata keçirilən xüsusi əməliyyat. S.Hüseyn Əl-Daur, Tikrit yaxınlığında ələ keçirildi.

Əməliyyat 1984-cü ildə məşhur aktyor Patrik Sveyzinin baş rolda çəkildiyi eyniadlı filmin şərəfinə “Qırmızı Şəfəq” adlandırıldı[1]. Əməliyyatı general-mayor Raymond Odiernonun komandanlığı altında 4-cü Piyada Diviziyasının polkovnik Ceyms Hikkinin 1-ci Briqada Döyüş Komandası və ABŞ-ın xüsusi əməliyyat qüvvələrinin seçilmiş komandası -121-ci İşçi Qrupu həyata keçirdi. Alınan kəşfiyyat məlumatı nəticəsində ABŞ hərbi qüvvələrinin birləşmiş qrupu Əd-Daur şəhərətrafı ərazilərində, "Wolverine-1" və "Wolverine-2" adlanan ərazilərdə axtarış aparmış, lakin hərtərəfli axtarış nəticəsində Səddam Hüseyni tapmaq mümkün olmamışdı. Amma bu iki sahə arasında daha diqqətli axtarış aparılması nəhayət nəticə verdi - İraq prezidenti təxminən saat 20:30-da Amerika əsgərlərinin onu çıxardığı "tülkü yuvasında" gizlənmişdi. Səddam Hüseyn heç bir müqavimət göstərmədi[2].

  1. «Red Dawn imitated art». USA Today. 17 December 2004. Retrieved 20 May 2010
  2. Freeman, Colin. "From lavish palaces to a hole in the ground". The Scotsman. 2003-12-16. 2007-10-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-05-19.